Məşhur müğənni əməliyyat olundu Pərəstişkarları məyusdur

05.08.2026

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir müddət əvvəl qan xərçənginə tutulduğunu öyrənən və müalicəsini Almaniyada davam etdirən məşhur müğənni Canseverə ilik köçürülüb.
Kulis.az xəbər verir ki, Cansevər əməliyyatdan sonra səhhətindəki son vəziyyətlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Hazırda müalicəsi xəstəxanada davam edən müğənni öz fotosunu paylaşaraq təzyiqinin aşağı olduğunu və tez-tez qızdırmasının yüksəldiyini bildirib.
Mütəmadi olaraq sistem və antibiotik müalicəsi aldığını qeyd edən Cansevər danışmaqda və yazmaqda çətinlik çəkdiyini vurğulayıb və izləyicilərindən dualarını əskik etməmələrini xahiş edib.
Onun paylaşımından sonra sənətçinin pərəstişkarlarının yaşadığı məyusluq sosial şəbəkədə marağa səbəb olub.
Qeyd edək ki, Cansevər "Ağla gözbebeğim", "Sen de gittin" və "Kime bu inat" kimi məşhur mahnıları ilə yaddaşlarda qalıb.

Sizin də məhləyə yağış yağırmı? - İbrahim İlyaslı 750 minə çəkildi, 400 milyon qazandı Tolstoyun ölməz əsəri əsasında serial çəkiləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью