Məşhur müğənni evlənməyə hazılaşır

06.07.2026

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli məşhur müğənni Zeynep Bastık ilə aktyor Serkan Tütüncü evlilik qərarı alıb.

Lent.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, cütlüyün toyunun yay mövsümü başa çatmadan keçirilməsi planlaşdırılır.

Məlumata görə, ötən ilin may ayında Parisə etdikləri səfər zamanı aktyor müğənniyə evlilik təklifi edib. Hazırda toy hazırlıqlarına başlayan cütlük nikah mərasiminin sentyabr ayından sonraya qalmayacağını açıqlayıb. Zeynep Bastık bildirib ki, toy ailə üzvləri və yaxın dostların iştirakı ilə, sadə formatda keçiriləcək.

"Hazırlıqlar başlayıb. Sentyabrdan sonraya saxlamayacağıq. Toyu yay bitməmiş edəcəyik. Mərasim ailə arasında olacaq", - müğənni qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью