Məşhur müğənni görmə qabiliyyətini İTİRDİ

02.12.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Dünyaca məşhur müğənni Elton Con görmə qabiliyyətini itirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, o, bu barədə özü məlumat verib.

77 yaşlı sənətçi Londonda “The Devil Wears Prada” adlı müziklin premyerasında yaşadığı çətinlikdən danışıb.

O, müzikli görməsə də, dinləməkdən həzz aldığını söyləyib.

Xatırladaq ki, Elton Con sentyabr ayında ciddi vizual problemləri olduğunu, yoluxucu xəstəlik keçirdikdən sonra bir gözünün qismən kor olduğunu açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью