Məşhur müğənni ilk dəfə ona arıqlamağa imkan verməyən diaqnozundan DANIŞDI

06.11.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tez-tez çəkisinə görə tənqid edilən məşhur amerikalı müğənni və aktrisa Selena Qomes arıqlamasına nəyin mane olmasından danışıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, müğənni onu şişman adlandıran bədxahlara sərt cavab verib. O, arıqlaya bilməməsinin səbəbini də açıqlayıb.

Məlum olub ki, onun mədə ağrıları, həzm problemləri və şişkinliyə səbəb olan bakterial böyümə sindromu var.

“İncə bağırsaqda bakterial böyümə sindromu var. Mənim bədənim o tip deyil, arıq olmadığıma görə üzgün deyiləm. Qurban da deyiləm, sadəcə insanam, sizin oyuncaınız yox!" - müğənni şərhində yazıb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью