Məşhur müğənni kinoya çəkilir

06.08.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerikalı yazıçı Silviya Platın yarı-avtobioqrafik romanı "Sırça fanus" ("The Bell Jar") əsasında yeni tammetrajlı bədii film çəkilir.
Kulis.az xəbər verir ki, Toronto şəhərində çəkilişləri davam edən filmin baş rolunu – Ester Qrinvud obrazını dünyaca məşhur müğənni Billi Ayliş canlandırır.
Bu ekran işi "Qremmi" və "Oskar" laureatı olan Aylişin böyük kinoda ilk akkrisalıq debütüdür.
"Focus Features" kinostudiyasının istehsalı olan layihənin rejissorluğunu və ssenari müəllifliyini "Oskar" mükafatçısı Sara Polli edəcək.
Film 1950-ci illərdə böyük gələcək vəəd edən, lakin cəmiyyətin təzyiqi və kimlik axtarışları fonunda dərin depressiyaya düşən gənc bir qadının daxili sarsıntılarından bəhs edir.
Filmdə Esterin anası obrazını "Oskar"a namizəd aktrisa Keri Malliqan canlandırır. Aktyor heyətində həmçinin Konnor Storri də yer alıb.
Qeyd edək ki, Silviya Platın 1963-cü ildə işıq üzü görən və psixoloji gərginlikləri mövzu götürən bu məşhur əsəri əsasında ərsəyə gələn filmin 2027-ci ildə nümayiş olunması planlaşdırılır.

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi "Vətən yaxşıdır"la ölümsüzləşən qəhrəman - Xudayar Yusifzadə kimdir? İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью