Məşhur müğənni Kolumbiyada 10 yeni məktəb tikdirəcək

19.08.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur kolumbiyalı müğənni Şakira zəlzələdən ciddi ziyan görmüş Çoko departamentində 10 yeni məktəbin inşasını maliyyələşdirəcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı müğənni məktəbin tikiləcəyi Kibdo şəhərinə gedib.

Orada yerli əhali və məktəblilərlə görüş keçirən Şakira zəlzələdən ziyan görmüş Çiko Texnologiya Universitetinin bərpasına da kömək edəcəyini bildirib. Bunun üçün Şakiranın təsis etdiyi "Pies Descalzos" fondu 1,25 milyon dollar maliyyə ayıracaq.

Xatırladaq ki, avqustun 10-da Kolumbiyada, Çiko departamentində 7,4 bal gücündə güclü zəlzələ baş verib. Zəlzələ nəticəsində onlarla tikili dağılıb, yüzlərlə tikili zədələnib, 289 nəfər həlak olub, 4187 nəfər xəsarət alıb, 142 nəfər isə itkin düşüb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью