Məşhur müğənni qəzada həlak oldu

15.06.2026

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

32 yaşlı müğənni və sosial media ulduzu Oliver Tri Braziliyanın Rio de Janeiro şəhərində qastrol səfərində olduğu vaxt təyyarə qəzasında həlak olub.
OLAY yazır ki, sənətçi və daha beş nəfər iki helikopterin toqquşması nəticəsində həyatını itirib.

Helikopterlərin havada bir-biri ilə toqquşaraq dayanacaq ərazisinə düşdüyü qeyd olunur. Həlak olanlar arasında argentinalı məşhur bloger Qaspar Prim, hər iki helikopterin pilotları, argentinalı rejissor Lukas Vinyale və braziliyalı musiqi prodüseri Lukas Britu Şavis də yer alır.

Qeyd edək ki, Oliver Tree sosial şəbəkələrdə epataj üslubu və viral hitləri ilə tanınır. O, beş il əvvəl Tommi Kəş və Littl Biq ilə tanış olub, bir müddət Rusiyada yaşayıb. Sonradan ABŞ-ə qayıdaraq dünya turuna çıxıb. O, “Miss You”, “When I’m Down”, “Life Goes On”, “Alien Boy” kimi mahnıları ilə tanınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью