Məşhur müğənni səhnə paltarlarını satışa ÇIXARIR

07.08.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli müğənni Hande Yener yeni layihəsini Niderlandın Amsterdam şəhərində təqdim edib.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, “STAR Gene” adlı layihə təxminən bir illik hazırlıqdan sonra fəaliyyətə başlayıb.

Məlumata görə, layihə çərçivəsində Hande Yenerin illər ərzində səhnədə və kliplərində geyindiyi kostyumlar satışa çıxarılıb.

Bundan başqa, müğənninin xüsusi dizayn geyimləri, çantaları, ayaqqabıları və eynəkləri də satılır.

Bildirilib ki, geyimləri alan şəxslərə Hande Yenerin həmin məhsul üçün yazdığı və imzaladığı xüsusi məktub da veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью