Məşhur müğənni TÜRKSOY un mükafatına layiq görülüb

06.03.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

Dünyaca məşhur qazaxıstanlı müğənni Dimaş Kudaybergen “Türk dünyasının mədəniyyət səfiri” ordeni ilə təltif edilib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi yayıb.

Bununla əlaqədar Astanada TÜRKSOY Beynəlxalq Təşkilatının mükafatlandırma mərasimi keçirilib.

“Qazaxıstanın Xalq artisti Dimaş Kudaybergen türk dünyasında mədəniyyətin inkişafına verdiyi mühüm töhfəyə görə mükafatlandırılıb”, - deyə məlumatda bildirilir.

V. QULİYEV


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью