Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyalı məşhur müğənni Slava və qızı Antoninanın koronavirus testi müsbət çıxıb. SİA xəbər verir ki, bu barədə, ifaçı özünün "Instagram" hesabında məlumat yayıb.
O, koronavirus pandemiyasından beş il sonra COVID-19-a yoluxmasına təəccüblənib.
“Beş gün körpəmlə yataqda yatacağam, seriallara baxacağam və dərman qəbul edəcəyəm”, - deyə sənətçi bildirib.
Müğənninin sözlərinə görə, o və qızı koronavirusa Türkiyədə yoluxub.
Səhhətində yaranan problemlərə görə, Slava verilişlərdə çıxışını ləğv etmək məcburiyyətində qalıb.