Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Yaponiyanın məşhur müğənnisi Hikaru Utada “Intentions” adlı yeni mahnısını təqdim edib.
Kulis.az xəbər verir ki, mahnının prodüserliyini britaniyalı elektron musiqiçi “Floating Points” həyata keçirib.
Utada yeni əsər üçün Virciniya Vulfun “Özünə məxsus otaq” essesindən ilhamlandığını bildirib. Mahnı qadın sənətkarların yaradıcılıqla məşğul olmaq üçün ehtiyac duyduqları şəxsi məkan, müstəqillik və maddi imkanlar haqqında düşüncələr üzərində qurulub.
Bu əməkdaşlıq Utada ilə “Floating Points”un əvvəlki musiqi təcrübəsini davam etdirir. İfaçılar daha əvvəl “Somewhere Near Marseilles” mahnısı üzərində birgə çalışmışdılar. “Intentions” həm musiqi, həm də ideya baxımından Utadanın son dövr işləri arasında seçilir: burada şəxsi azadlıq, yaradıcılıq və qadınların sənət dünyasındakı mövqeyi elektron musiqinin müasir səslənməsi ilə birləşir.
"Müştərim cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə Məşhur rejissor xəstəxanaya yerləşdirildi - Səbəb Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə