Məşhur müğənni xəstəxanaya yerləşdirildi Biopsiya olundu

08.10.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Türkiyənin məşhur müğənnisi Sezen Aksu xəstəxanaya yerləşdirilib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, sənətçi səhhətində yaranan narahatlıq səbəbindən İstanbulun Nişantaşı bölgəsində yerləşən özəl xəstəxanaya müraciət edib.

Məlumata əsasən, Sezen Aksu müxtəlif tibbi müayinələrdən keçib və ondan biopsiya nümunəsi götürülüb. Biopsiyanın nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib. Müğənni üç gün xəstəxanada qalıb.

Sənətçinin hazırda səhhətinin yaxşı olduğu bildirilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью