Məşhur müğənni xəyanət ittihamlarına cavab verdi | Icma.az
Icma.az, News24 saytına istinadən bildirir. Türkiyəli müğənni Elif Buse Ebru Gündeşin əri Murat Osman Özdemirlə adının hallandığı xəyanət id
News24.az xəbər verir ki, ifaçı bu xəbərlərin həqiqətə uyğun olmadığını açıqlayıb.“Son vaxtlar haqqımda çoxlu xəbərlər yayıldığı üçün bu açı
Düzdür, sözügedən şəxslə on gün əvvəl dostlarım vasitəsilə tanış olmuşam. Digər bütün iddialar tamamilə yalandır.
Mən ailə institutuna və ənənəvi dəyərlərə sadiq olan biriyəm.
Boşanmaya səbəb olduğumu iddia edənlərə qarşı hüquqi prosesə başlayacağam", - deyə o ittihamları qəti şəkildə rədd edib.Qeyd edək ki, yayılan xəbərlərə görə, Ebru Gündeş ərinin Doğanla mesajlaşdığını və hoteldə görüşdüyünü öyrəndikdən sonra boşanmaq qərarına gəlib.Gündeş 2024-cü ilin fevralında Dubayda evləndiyi Murat Osman Özdemirlə münasibətlərinə son qoyub.
Cütlük ötən ay Beykoz Ədliyyəsində qarşılıqlı razılıq əsasında boşanıb.Məlumata görə, tərəflərdən heç biri digərindən aliment və ya təzminat tələb etməyib.
Boşanmanın ardından həm Gündeş, həm də Özdemir mövzu ilə bağlı heç bir açıqlama verməyiblər.Aqil Qarayev Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu