Məşhur müğənni yenidən xəstəxanaya yerləşdirildi Yeni Çağ Media | Icma.az
Yenicag saytına istinadən Icma.az xəbər verir. Türkiyənin tanınmış müğənnisi Haluk Ləvənt xəstəxanaya yerləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, rok ifaçısı bu gün səhər saatlarında döş qəfəsində kəskin ağrı hiss edib.
Xəstəxanaya müraciət edən 56 yaşlı müğənni müşahidə altına alınıb. Onun sabah koronar anjioqrafiya müayinəsindən keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Haluk Ləvənt cari ilin iyul ayında da eyni şikayətlə xəstəxanaya müraciət etmişdi.
www.yenicag.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu