Icma.az, Lent az portalına istinadən məlumat verir.
Türkiyəli məşhur müğənni Bengü keçmiş həyat yoldaşı Selim Selimoğlu ilə evliliyi haqqında səmimi açıqlamalar verib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2018-ci ildə ailə quran və altı il sonra boşanan müğənni İbrahim Selimin “Bu gece” proqramında şəxsi həyatı və ayrılıqdan sonrakı dövrlə bağlı danışıb.
Bengü evlilik həyatında uğursuz olduğunu etiraf edib.
Aparıcının “Bir zamanlar arzuladığınız, lakin reallaşanda sizi düşündüyünüz qədər xoşbəxt etməyən bir şey olubmu?” sualına müğənni belə cavab verib:
“Evlilik. Qoç bürcü olduğum üçün bacarmadığım bir şeyin olmamasını istəyirəm. Amma evlilikdə uğursuz oldum. Biz çox tez valideyn olduq. Evləndikdən üç ay sonra qızım Zeynəbə hamilə qaldım. Keçmiş həyat yoldaşım çox sevdiyim insandır, uşaqlarımın atasıdır. Ancaq evlilikdə daha uğurlu olmağı çox istəyərdim”.
Müğənni boşandıqdan sonra həyatında bir sıra dəyişikliklər etdiyini də açıqlayıb. O, telefon nömrəsini tez-tez dəyişdirdiyini və artıq daha sakit həyat tərzi keçirdiyini bildirib.
Bengü dedi-qoduları sevmədiyini vurğulayaraq telefonunun əlaqə siyahısında cəmi 15 nəfərin olduğunu söyləyib. Sənətçi ana olduqdan sonra sevgiyə baxışının da tamamilə dəyişdiyini etiraf edib.
“Əvvəllər sevginin yalnız qarşı cinslə bağlı olduğunu düşünürdüm. Amma ana olduqdan sonra insan tamam başqa bir sevgi ilə tanış olur. Həqiqətən də ana sevgisindən daha böyük sevginin olmadığını anlayırsan”, – Bengü bildirib.
Qeyd edək ki, Bengü və iş adamı Selim Selimoğlu 2018-ci ildə evlənib. Cütlük 2024-cü ildə yollarını ayırıb. Onların bu evlilikdən iki övladı var.