525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur müğənni Ledi Qaqa Rio-de-Janeyrodakı konserti sayəsində Ginnesin rekordlar kitabına düşüb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ginnesin rekordlar kitabının rəsmi saytında məlumat yayılıb.
Mayın 3-də məşhur Kopakabana çimərliyində təşkil olunan konsertə 2,5 milyon tamaşaçı gəlib ki, bu da qadın müğənnilər arasında rekorddur.
Əvvəlki rekord Madonnaya məxsus idi. Onun ötən ilin mayında elə bu çimərlikdəki konsertinə 1,6 milyon tamaşaçı gəlmişdi.
Qeyd edək ki, müğənnilər arasında mütləq rekord 31 ildir ki, Rod Stüarta məxsusdur.
Britaniyalının 1994-cü ilin yeni il gecəsi təşkil olunan konsertini canlı izləyənlərin sayı 3,5 milyon idi.
L.Tağıyeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.