Məşhur müğənnidən etiraf: Onun istedadını Sezen Aksu kəşf edib

29.08.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli müğənni Aşkın Nur Yengi qızı Nazlının musiqi istedadının məşhur sənətçi Sezen Aksu tərəfindən kəşf edildiyini açıqlayıb.
Demokrat.az
xəbər verir ki, Aşkın Nur Yengi Kaan Ölkerin “Popcast” proqramının qonağı olub. 13 yaşında Sezen Aksunun səhnəsində çıxış etməyə başlayan sənətçi uşaqlıq yaşlarından işləməsinin həyatına təsirindən danışıb.
Yengi bildirib ki, erkən yaşda səhnəyə çıxması onu yaşıdlarından daha məsuliyyətli olmağa vadar edib:
“Daim düzgün və diqqətli olmalısan. Səliqəli və çalışqan olmalısan. Buna görə də heç vaxt 15 yaşlı gənc qız olmadım. Həmişə səliqəli və çalışqan idim”.
Sənətçi şöhrətin yaratdığı qəliblərə uyğun yaşamadığını və həyatını öz istəklərinə əsasən qurduğunu deyib:
“Mən heç vaxt şöhrət dalınca qaçmadım. Gündəlik həyatımda nə etmək istəyirdimsə, onu etdim. Bazara getməliyəmsə, bazara da getdim. İçimdən nə gəlirdisə, hamısını etmək istədim və etdim".
O, sosial mediadan uzaq qalmasının səbəbinə də toxunub. Müğənni şəxsi həyatın artıq əvvəlki kimi gizli qalmadığını və hər şeyin ictimaiyyətə açıq olduğunu vurğulayıb:
“Mən öz həyatımın ssenaristiyəm, aktyoruyam, yazarıyam. Filmi mən çəkirəm. Amma elə bir yerə gəlib çatmışıq ki, artıq şəxsi həyat deyə bir şey qalmayıb. Hər şey ortadadır. Yaxşı, bəs bu işin sirri haradadır?”
Aşkın Nur Yengi qızı Nazlıya hamiləlik dövründə ciddi sağlamlıq problemi ilə üzləşdiyini də açıqlayıb. Sənətçi “Plasenta Previa” səbəbindən həm özünün, həm də körpəsinin həyatının təhlükə altında olduğunu bildirib.
“Damarlar partlayır. Körpə ilə birlikdə həyatını itirmək riskin var. Heç tərpənmədən uzanmalısan. Uşaq böyüdükcə vəziyyət daha da ağırlaşır, çünki damarlar genişlənir”, deyə Yengi bildirib.
Uzun müddət yataq rejimində qaldığını deyən sənətçi son mərhələdə qızının dünyaya gəldiyini və bunu möcüzə kimi qiymətləndirdiyini söyləyib: “Son mərhələdə, yeddi aylığında dünyaya gəldi. Bir möcüzə nəticəsində həyatıma gəldi”.
Yengi qızı Nazlının musiqiyə olan istedadının Sezen Aksu tərəfindən erkən yaşda fərq edildiyini açıqlayıb.
Sənətçinin sözlərinə görə, onlar Nazlının təhsil aldığı dövrdə etdiyi bəzi səsyazmalarını Sezen Aksuya dinlədiblər. Aksu isə gənc qızın səsini çox bəyənib: “Çox bəyəndi, çox bəyəndi. Hekayə əslində belə başladı".
O, qızının karyerasına müdaxilə etmədiklərini və qərarları özü verməsinə imkan yaratdıqlarını bildirib: “Sən nə istəyirsənsə, onu et”.
Yenginin sözlərinə görə, Sezen Aksu Nazlının istedadına o qədər inanıb ki, onun musiqi ilə məşğul olması üçün israr edib: “Sezen abla əl çəkmədi”.
Beləliklə, Sezen Aksunun Nazlının səsini ilk eşitdiyi andan göstərdiyi maraq onun musiqi yolçuluğunun başlanğıcında mühüm rol oynayıb.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью