Məşhur müğənnidən İvanka Trampa sərt reaksiya

20.07.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Əslən albaniyalı olan britaniyalı 30 yaşlı müğənni Dua Lipa Albaniyada həyata keçirilməsi planlaşdırılan dəbdəbəli kurort layihəsinə qarşı keçirilən etiraz aksiyalarına dəstəyini ifadə edib.

"Cebheinfo.az" xəbər verir ki, o, albaniyalı akademik və yazıçı Lea Ypi ilə kitab klubu üçün keçirdiyi müsahibədə bu məsələ ilə bağlı narahatlığını dilə gətirib.

Müğənni, "Mənə həqiqətən ilham verən məqam insanların bu məsələyə nə qədər həssas yanaşdıqlarını görməkdir", - deyə bildirib.

Müğənni hökumətin ictimai müzakirələr aparmadan ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyə dəyişiklik edə bilməsinin ciddi narahatlıq doğurduğunu vurğulayıb:

"Məni ən çox narahat edən odur ki, hökumət heç bir ictimai müzakirə keçirmədən ətraf mühitin mühafizəsinə dair təminatları aradan qaldırmaq üçün qanunu dəyişə bilər".

Qeyd edək ki, təxminən 1,4 milyard dollar dəyərində olan layihə ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşner tərəfindən dəstəklənir. 

Layihə Albaniyanın yeganə adası olan Sazan adasında dəbdəbəli istirahət kurortunun tikintisini nəzərdə tutur.

Ətraf mühit fəalları və yerli sakinlər isə layihənin adanın toxunulmamış təbiətinə ciddi ziyan vuracağını bildirərək artıq altı həftədir fasiləsiz etiraz aksiyaları keçirirlər.

Əfsanə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью