Məşhur müğənnidən yadplanetlilər barədə şok açıqlama

16.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli məşhur müğənni Yusuf Güney son açıqlaması ilə diqqətləri üzərinə çəkib.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi növbəti dəfə yadplanetliləri görməsindən danışıb.

Bir "YouTube" proqramına qonaq olan müğənni "yalan maşını" adlanan cihaza qoşulub. O, yadplanetliləri görməsindən bəhs edib:

"Yadplanetliləri görmüşəm. Onlarla danışmağa çalışmışdım, amma getmişdilər. Bəzi şeyləri danışa bilmirəm. Bu barədə bütün yaşadıqlarımı danışaram, amma insanlıq buna hazır deyil. Hətta mənim üçün çox təhlükəli olar. Ona görə də balansı qorumağa məcburam".

Qeyd edək ki, "yalan maşını" olaraq bilinən cihaz sənətçinin dediklərinin doğru olduğunu bildirib. Lakin sosial şəbəkələrdə onun açıqlamaları da, cihazın təsdiqi də inandırıcı hesab olunmayıb. 

Yusuf Güneyin açıqlamaları gündəm olsa da, sosial şəbəkə istifadəçiləri onu yalan danışmaqda ittiham ediblər.

Elmir
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью