Məşhur müğənnini Avropaya buraxmırlar: bu sözlərinə görə... FOTO | Icma.az
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarkovdan olan rusdilli “Poşlaya Molla” qrupunun uzun illər Rusiya Federasiyasında yaşayıb-yaratmış “Bledny” kimi tanınan solisti Kirilo Timoşenkonun Avropa sərhəddini keçməsinə qadağa qoyulub.
Publika.az xəbər verir ki, sənətçi 10 il ərzində Avropa İttifaqı ölkələrinin heç birinə daxil ola bilməyəcək.
Buna səbəb musiqiçinin polyak dili ilə bağlı kəskin açıqlamaları və Polşanın Rusiya imperiyası adlanan əraziyə qoşulması ilə bağlı guya “zarafat” etməsi olub.
Məlum olub ki, müğənninin bu cür sözlərin zarafat olması ilə bağlı açıqlaması ona kömək etməyib.
Əvvəlcə onun Aİ-yə girişinə üç il qadağa qoyulub, sonra isə bu müddət 10 il uzadılıb.
Rusiya mətbuatına verdiyi yeni müsahibədə “Bledny” Avropa İttifaqına daxil olmayan London şəhərinə köçməyi planlaşdırdığını bildirib.
Rusiya-Ukrayna müharibəsinin əvvəlində sənətçi Ukraynadan Polşaya qaçıb.
Tam oxu
Xəbəri oxu