Məşhur müğənnini əməliyyat etmədən evə buraxdılar

28.11.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyəli məşhur müğənni Yavuz Bingöl xəstəxanadan evə buraxılıb.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, sənətçi öd kisəsində aşkarlanan daş səbəbindən 12 gün xəstəxanada müalicə alıb.

62 yaşlı məşhur ifaçının əməliyyat olunması planlaşdırılsa da, analizlər zamanı infeksiya göstəricilərinin yüksək olması səbəbindən ödə müdaxilə təxirə salınmışdı. Həkimlər əməliyyat üçün infeksiya göstəricilərinin aşağı düşməsini gözləyirdilər.

Yavuzun həyat yoldaşı Nilşah Ağaoğlu artıq sosial şəbəkə hesabında paylaşım edərək sənətçinin xəstəxanadan evə buraxıldığını bildirib.

Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью