Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq. Məşhur tatar müğənni Alsu Bakıda verəcəyi konsertlə bağlı paylaşım edib.
KONKRET.az xəbər verir ki, 14 fevralda Azərbaycanda sevənlərinin qarşısına çıxacağını bildirən sənətçiyə ermənilərdən reaksiya gecikməyib.
Onlar müğənninin Bakıda konsert verməsini düzgün hesab etmədiklərini yazıblar.
Həmçinin “məsum” ermənilərin həbsdə olması kimi absurd şərhlər veriblər. Alsu isə yazılan rəylərə reaksiya verməyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.