Məşhur müğənninin konsert biletləri satılmadı Depressiyaya düşdü

23.03.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Dünyaca məşhur müğənni Keti Perri ilə bağlı şok iddia yayılıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, dünya turuna çıxmaq istəyən sənətçinin konsert biletləri satılmayıb. 

"Lifetimes" adlı turun biletləri gözləntiləri doğrultmayıb. Bu səbəbdən Keti Perrinin bəzi konsertlərini ləğv etmək niyyəti olduğu qeyd edilib. 

"The Sun"a danışan sənətçinin yaxını "Gözləntimiz yüksək idi. Lain bəzi ölkələrdə biletlərin satılmaması Ketini depressiyaya saldı" - deyə bildirib.

İlk konsertini Madriddə verməyi planlaşdıran sənətçi dünya turunu 83 şəhərdə davam etdirəcəkdi. 

Xatırladaq ki, Keti Perri "Harleys in Hawaii", "California Gurls", "Dark Horse" və  "Roar" kimi ifalarla populyarlı qazanıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью