Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britaniyalı müğənni Ed Şiranın ABŞ-dəki konsert turu çərçivəsində repçi Maklemoru konsert proqramından çıxarması böyük qalmaqala səbəb olub.
Kulis.az xəbər verir ki, Nyu-Cersidəki konsertdə "Azad Fələstin" deyərək Fələstinə dəstək nümayiş etdirən repçinin turdan kənarlaşdırılmasından sonra Şiranı tənqid edən digər açılış qrupları – o cümlədən “Aaron Rowe” və "Beoga" qrupu etiraz olaraq konsertlərdən imtina ediblər.
Hadisələrdən sonra İrlandiyanın böyük radio şəbəkələrindən olan "Classic Hits Radio" Şiranın mahnılarını yayımdan çıxarıb, sənətçi sosial mediada yüz minlərlə izləyici itirib.
Rocer Vaters və "Massive Attack" kimi məşhur musiqiçilər tərəfindən sərt tənqid edilən Şiran, qərarın təşkilatçı şirkətə aid olduğunu və özünün "neytral" qaldığını bildirsə də, böhranın qarşısını ala bilməyib.
Qeyd edək ki, ifaçının Filadelfiyadakı səhnəyə açılış qrupları olmadan, təkbaşına çıxacağı gözlənilir.