Məşhur müğənninin malikanəsi atəşə tutuldu

09.03.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


ABŞ-ın Los-Anceles şəhər polisi 30 yaşlı qadını amerikalı müğənni Rihannanın Beverli Hillsdəki malikanəsinə atəş açmaqda şübhəli bilərək saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, avtomobildə olan qadın müğənninin malikanəsinə təxminən 10 atəş açıb, güllələr evin divarına dəyib.

Məlumata görə, Rihanna atəş zamanı binada olub.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hücumun səbəbi hələ açıqlanmır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью