Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünyaca məşhur italyan opera müğənnisi və tenor Andrea Boçellinin Tirren sahilində, İtaliyanın Toskana kurortu olan Forte dei Marmidə yerləşən malikanəsi qarət edilib.
Kult.az xarici mediaya istinadla xəbər verir ki, evə 500.000 avro ziyan dəyib.
Soyğun zamanı evdə heç kim olmayıb.
Ev sahibləri malikanəni müvəqqəti olaraq amerikalı turist ailəsinə icarəyə veriblər. Oğrular bahalı zinət əşyaları, saatlar, dizayner çantaları və nağd pul aparıblar. Həmçinin məlum olub ki, ev heç bir təhlükəsizlik şirkəti tərəfindən qorunmur və siqnalizasiya sistemi yoxdur.
Məlumata görə, Boçellinin ailəsi ərazidə bir neçə bahalı əmlaka sahibdir və onlardan bəziləri varlı turistlərə icarəyə verilir.