Məşhur müğənninin ölümündən iki gün əvvəl yazdığı mesaj ortaya çıxdı

27.01.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mərhum müğənni Volkan Konakın ölümündən iki gün əvvəl qardaşı oğluna göndərdiyi mesaj ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, Ercan Konak atası vəfat etdiyi üçün bayram günlərində qəbiristanlığa gedib.

Həmin vaxt təpədən məzarlığın göründüyü foto çəkərək əmisi, Volkan Konaka göndərib.

Onun sözlərinə görə, əmisi bu məkana xüsusi bağlılıq hiss edirmiş.

Bu səbəbdən Volkan qardaşı oğluna dərin mənalı bir mesaj göndərib.

"Orada dərində və düz uzanırlar, mən ruhumu o məkanda tərbiyə etdim. Gerçək olan da elə oradır… Oradakı səssiz fəryadı eşidənlər nə xoşbəxtdir… Böyük qardaşım qəbirlərə yaxşı baxır, oradakıların hamısı mənim dəyərlimdir. Bilənlərə salam olsun…" -deyə o mesajda qeyd edir.

Xatırladaq ki, türk musiqisinin sevilən ifaçılarından olan Volkan Konak ötən il martın 31-də Kiprdə verdiyi konsert zamanı səhnədə nfarkt keçirib. Həkimlərin bütün səylərinə baxmayaraq, sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Onun ani vəfatı musiqi dünyasında və milyonlarla pərəstişkarı arasında dərin hüznlə qarşılanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью