Məşhur müğənninin sol qolu işləmir ÖZÜ AÇIQLADI

13.12.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Xəstəliklə mübarizə aparan məşhur türkiyəli müğənni Serdar Ortaç sol qolunun da işləmədiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bundan əvvəl də xəstəliyinə görə sol ayağının işləmədiyini deyən müğənni ölmək istəyini dilə gətirib: “Bir daha heç nə ilə bağlı fikrimi deməyəcəyəm. Bu, mənim son müsahibəmdir. Mən bir daha heç vaxt danışmayacağam. Danışmağa dəyməz. Sabah ölmək istəyirəm...

Bəs, 300 min adam “Sərdar” deyə qışqırırdı? Bəs, musiqimi bəyənirdilər? Xahiş edirəm, mənə “Sən böyük Serdar Ortaçsan” demə. Bu həyatda heç kim böyük deyil”.

Məlumat üçün bildirək ki, müğənni MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkir.

Xatırladaq ki, Serdar Ortaç “qanunsuz mərc oyunlarına təşviq etmə” maddəsi ilə ittiham olunub, dindirildikdən sonra sərbəst buraxılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью