Məşhur müğənniyə 10 ilədək həbs cəzası tələb olunur

22.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli müğənni Emre Altuğ Çeşmə şəhərindəki mülkündə qanunsuz tikinti işləri aparmaqda ittiham olunur.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, müğənninin qorunan tarixi ərazidə yerləşən mülkü ilə bağlı istintaq başa çatıb və barəsində ittiham aktı hazırlanıb.

Altuğ “Mədəni və Təbii İrsin Qorunması haqqında” qanunu pozmaqda, eləcə də qanunsuz tikinti yolu ilə ətraf mühitin çirklənməsinə səbəb olmaqda ittiham edilir. Ona qarşı 3 ildən 10 ilədək həbs cəzası tələb olunur.

Çeşmə Bələdiyyəsinin əməkdaşları Musalla məhəlləsində yerləşən əmlakda apardıqları yoxlama zamanı üzgüçülük hovuzu, maşın otağı, kərpic divarlar və bir mərtəbəli tikililər aşkar ediblər.

İddialara görə, həmin tikililər qorunan ərazinin layihə planlarına zidd şəkildə və lazımi icazələr olmadan inşa edilib. Pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı bildirildiyindən, tikililərin söküntüsü də həyata keçirilib.

Faktla bağlı Çeşmə Respublika Prokurorluğu tərəfindən araşdırma aparılıb və nəticədə müğənni barəsində məhkəmə iddiası qaldırılıb.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью