Məşhur musiqi qrupundan pərəstişkarlarını üzən qərar

27.08.2026

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin “Dünyadan uzaq”, “Canıma minnət” və “Yalanı burax” mahnıları ilə tanınan sevilən musiqi qrupu “Sakiler”dən pərəstişkarlarını üzən xəbər gəlib. 
Demokrat.az
xəbər verir ki, qrupun gitaraçısı Yücel Girgin dağılma qərarını “Sakiler dövrü öz missiyasını tamamladı” sözləri ilə açıqlayıb.
Hasan Gözetlik, Yücel Girgin və Serkan Balkandan ibarət “Sakiler” qrupunun altı illik fəaliyyətinə son qoyulub.
“Dünyadan uzaq” mahnısı ilə milyonlarla dinləyiciyə çatan qrup dağılmaq qərarına gəlib. 2020-ci ildə yaradılan qrupun fəaliyyətini dayandırdığını gitaraçı Yücel Girgin açıqlayıb.
Girgin sosial media hesabında paylaşdığı açıqlamada bildirib:
“Uğur heç vaxt təsadüf olmayıb. Doğru zamanda, doğru hisslə inanmağın nəticəsi olub. "Sakiler" dövrü arxasında möhtəşəm mahnılar və unudulmaz xatirələr qoyaraq öz missiyasını tamamladı. Bu gözəl səyahətdə yanımızda olan hər kəsə təşəkkür edirəm. İndi bir qədər dayanmaq zamanıdır. İnsanların ruhundakı ən güclü duyğunu yenidən yaxalamaq və zəkanın musiqiyə istiqamət verdiyi yeni layihələrdə görüşmək ümidi ilə, tezliklə görüşərik. Hörmətlə...”
Ayrılıq qərarından sonra qrupun “Instagram” hesabı da bağlanıb.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью