Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mirça Luçeskunun səhhəti pisləşib.
"Football-plus.az" xəbər verir ki, Rumıniya yığmasının baş məşqçisi təscili xəstəxanaya yerləşdirilib.
“ProSport” nəşrinin məlumatında 80 yaşlı məşqçinin səhhətində ciddi problemlər yarandığı bildirilib. Yanvar ayının əvvəlində Luçeskunun ürəyində yaranan problemlər soyuqdəymə nəticəsində daha da kəskinləşib.
Baş məşqçi bu səbəbdən Rumıniya klublarının Antalyadakı təlim-məşq toplanışını buraxmalı olub. Milli komandaya namizədləri izləmək üçün Türkiyəyə yollanmağı planlaşdırsa da, hazırda xəstəxanada olan təcrübəli mütəxəssisin durumunun ağır olduğu bildirilib.
Qeyd edək ki, Luçesku indiyədək biri ürək nahiyəsində olmaqla 3 dəfə əməliyyat edilib. Rumıniya yığması mart ayında DÇ-2026-nın final mərhələsinə vəsiqə verən pley-off matçında Türkiyə ilə qarşılaşacaq.