Məşhur muzeyə oğru girdi

05.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Parisdəki Nissim de Camondo Muzeyinə oğurluq məqsədilə daxil olmağa cəhd edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Le Figaro”nun yerli prokurorluğa istinadən yaydığı məlumata görə, şübhəli şəxs muzeyin arxa həyətindəki bağdan binaya daxil olub və pəncərəni sındırıb. Lakin təhlükəsizlik siqnalının işə düşməsi ilə hadisə yerindən qaçıb.

Müşahidə kameralarının görüntüləri əsasında şübhəlinin şəxsiyyəti müəyyənləşdirilib. O, daha sonra tapılsa da, həbs edilməyib. Faktla bağlı oğurluğa cəhd ittihamı üzrə araşdırma başlanıb.

Prokurorluğun məlumatına görə, hadisə zamanı muzeydən heç nə oğurlanmayıb.

XVIII əsr incəsənət əsərlərinin zəngin kolleksiyasına malik Nissim de Camondo Muzeyi hazırda təmirə görə bağlıdır. Muzeyin 2030-cu ildə yenidən açılması planlaşdırılır.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью