Məşhur narkobaron Meksikada tutulub ABŞ da ən çox axtarılan şəxs imiş

13.03.2025

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-ın ən çox axtarılan narkobaronlarından biri  Meksikada tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərkəzi Amerika ölkəsi olan Qvatemala polisi açıqlama yayıb.

Qvatemala Daxili İşlər Naziri Fransisko Ximenez bildirib ki, Meksikanın Çiapas şəhərində saxlanılan qvatemalalı Baldomero Samayoa Recinos artıq onlara təhvil verilib: "Samayoa Meksika sərhədində yerləşən Qvatemalanın Huehuetenanqo əyalətində kokain ticarəti ilə məşğul olan “Los Huistas” kartelinin liderlərindən biridir. Bu həbslə narkotik dövriyəsi və tacirlərinə mühüm zərbə vurulduğunu düşünürük".

Nazir qeyd edib ki, əməliyyat Meksikada ABŞ, Meksika və Qvatemala polislərinin birgə əməkdaşlığı ilə həyata keçirilib: "O, ABŞ-da ən çox axtarılan narkobaron olub"

Samir MUSAYEV

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью