Məşhur nəşr də Arda Turanın Ukrayna klubunda işləyəcəyini yazdı

10.05.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Arda Turanın yeni mövsümdən Ukraynanın “Şaxtyor” komandasının baş məşqçisi olacağı haqda yeni məlumat yayılıb. Daha əvvəl belə bir iddianı Türkiyə mətbuatı irəli sürmüşdü.

QOL.az xəbər verir ki, bu dəfə İspaniyanın məşhud “Marca” nəşri də 37 yaşlı məşqçinin Donetsk klubunda işləyəcəyini yazıb.

Hazırda “Eyüpspor”un (Türkiyə) baş məşqçisi işləyən Arda Turanın “Şaxtyor”la müqavilə imzalamağa hazır olduğu bildirilib. Bu mövsüm bitən kimi türkiyəli məşqçinin Ukrayna klubuna keçəcəyi qeyd olunub. Bu, onun məşqçi qismində ilk legioner həyatı olacaq.

Məlumatda bildirilib ki, gənc mütəxəssis “Şaxtyor”a əvvəlki şöhrətini qaytarmaq əzmindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью