Apa.az saytına istinadən Icma.az xəbər verir. Sentyabrın 18-i Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “L
Bu barədə APA-ya tamaşanın yeni rejissoru Əməkdar artist Nicat Kazımov məlumat verib.
Nicat Kazımov bildirib ki, ona təklif teatrın direktoru Yusif Eyvazovdan gəlib: “Yeni bir iş tələb etdilər.
Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin “Leyli və Məcnun” operasına verdiyi quruluş da çox gözəl idi.
Teatr tarixində bir tamaşaya müxtəlif rejissorların quruluş verməsi yeni deyil, adi haldır”.
Rejissor operanın quruluşundakı bir sıra yeniliklərdən söhbət açıb: “Opera tamaşalarını dramatik tamaşalarla müqayisə etmək qəti düzgün deyil.
Opera tamaşalarında birinci yerdə dayanan musiqidir. Üzeyir bəyin musiqisinə də heç kəs müdaxilə edə bilməz.
Odur ki, musiqi hissələri olduğu kimi yerində qalacaq. Lakin fərqliliklərdən biri odur ki, səhnədə eyni vaxtda dörd Leyli və dörd Məcnun ola