Məşhur oteldən tovuz quşları oğurlandı

24.07.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də tarixi Art Deco otelinin ərazisindən onlarla tovuz quşu oğurlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

İşçilər tovuz quşlarının oğurlandığını və yalnız dördünün qaldığını bildiriblər.

“Bunun niyə edildiyini başa düşmürük, biz təəccübiçərisidəyik” – otel meneceri David Nielsen deyib.

Polis işi mülki cinayət kimi araşdırır.

Erkək tovuz quşlarının hər biri 2 min dollar, dişilərin min dollar kimi qiymətləndirilir.

Otelin sahibi 14 il əvvəl ərazini bəzəmək üçün beş quş alıb. Zaman keçdikcə tovuz quşları o qədər çoxalıb ki, otelin imicinin ayrılmaz hissəsinə çevriliblər.

İşçilər onlarla hətta adlar da veriblər.

Otelin iaşə koordinatoru Rafael Qurviç 15 tovuz quşunu gündə iki dəfə yemlədiyini deyib: “Onları ən böyüyünün adı Əli Baba idi, biz onu Baba çağırırdıq”.

Otel işçiləri quşların tapılaraq evlərinə qayıdacağına ümid edir. Bu arada oteldə təhlükəsizlik tədbirləri gücləndirilib. Əlavə müşahidə kameraları quraşdırılıb və hasarlama planlaşdırılır.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью