Məşhur parfum şirkəti ölkədən külli miqdarda pul çıxarıb? ŞOK İDDİA | Icma.az
Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın brend ətir istehsalçısı olan “İydə” MMC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.
Publika.az Tribunainfo.az-a istinadən xəbər verir ki, “İydə” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub.
Tələbi pozulan maddəyə əssən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“İydə” ilə bağlı başladılmış iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.
4 dekabr tarixində hakim Mirsadiq Seyidovun sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir.
Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir: “Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq.
Tam oxu
Xəbəri oxu