Məşhur peçenyelərlə bağlı şok iddia: “Krem” əslində nədir?

02.02.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

"Oreo" tipli ortası kremli məhsulların tərkibindəki maddələr sağlamlıq üçün təhlükəlidir.

Milli.Az-ın məlumatına görə, həmin məhsullardakı krem əslində təbii krem deyilş

Belə ki, o, emulqatorlarla qarışdırılmış kolza yağından ibarətdir və bu qarışıq yeyilə bilən yapışdırıcı kimi məhsulun bir yerdə qalmasını təmin edir.

İddialara görə, peçenyenin tərkibində istifadə olunan kakao və kimyəvi stabilizatorlar həddindən artıq istehlak edildikdə damarların tıxanmasına səbəb ola biləcək səviyyədədir.

Qeyd olunub ki, sözügedən məhsullar Revealıt adlı tətbiq vasitəsilə skan edilib və nəticədə onların 82 faiz emal olunmuş qida kateqoriyasına aid olduğu müəyyən edilib.

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью