Məşhur peyvənd gənclik iksiri imiş Araşdırma | Icma.az
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikanın Leonard Devis yaşlanma məktəbinin alimləri müəyyən ediblər ki, suçiçəyi virusunun təkrar aktivləşməsi nəticəsində yaranan zona (herpes zoster) əleyhinə peyvənd yaşlı insanlarda bioloji qocalmanı ləngidə bilər.Demokrat.az xəbər verir ki, araşdırma "Health and Retirement Study" milli tədqiqatının məlumatlarına əsaslanır və "Journals of Gerontology" jurnalında dərc olunub.Tədqiqat 70 yaş və yuxarı 3800-dən çox iştirakçını əhatə edib.
Alimlər peyvənd olunan və olmayan insanların bioloji qocalma səviyyələrini müqayisə ediblər.
Nəticələr göstərib ki, peyvənd olunanlarda bioloji qocalma daha yavaş gedir.Bioloji qocalma təqvim yaşı ilə eyni deyil, o, immun sistemi, iltihab səviyyəsi, gen fəaliyyətləri və orqanların işləmə vəziyyətini əks etdirir.
Araşdırmada iltihab, immun sisteminin vəziyyəti, epigenetik dəyişikliklər və digər yeddi parametr qiymətləndirilib.Ən diqqətçəkən fərqlər xroniki iltihab və molekulyar yaşlanma göstəricilərində olub.
Peyvənd olunanlarda bu göstəricilər aşağı, bioloji yaş isə daha gənc olub.
Effekt peyvənddən dörd və daha çox il keçənlərdə də saxlanıb.Araşdırmanın aparıcı müəllifi, dosent Yunq Ki Kim bildirib ki, böyüklər üçün peyvəndlər yalnız infeksiyalardan qorumaqla kifayətlənmir, həm də qocalma prosesinə təsir edə bilər.
Peyvənd virusun təkrar aktivləşməsini önləyərək iltihabı azaldır və bu da yaşla əlaqəli xəstəliklərin riskini azalda bilər.Kənan Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu