Məşhur Pinokio Təbrizdə türk dilində nümayiş olunacaq | Icma.az
Axar.az saytına istinadən Icma.az xəbər verir. Təbrizdə məşhur "Pinokio" kukla tamaşası səhnəyə çıxarılacaq.
Kult.az xəbər verir ki, bu haqda təbrizli rejissor Əli Bərnun məlumat verib.
"Pinokio" tamaşası Təbrizdə və Azərbaycan türkcəsində ilk dəfə nümayiş etdirilir.
Bu əsərin istehsalı təxminən beş ay çəkib və 15 nəfər müxtəlif şöbələrdə, o cümlədən kukla dizaynı, musiqi, işıqlandırma, səs və ifaçılıq şöbələrində çalışıb",- o bildirib.
Bərnun deyib ki, "Pinokio" 80-ci illərdəki uşaqların çoxu üçün gözəl xatirədir: "Bu tamaşa valideynlər və onların uşaqları arasında körpü rolunu oynaya bilər".
Təbrizli rejissor, həmçinin Təbrizdəki teatr salonlarının vəziyyətindən narazılığını bildirərək, məsulların teatra laqeyd münasibətinin bu sənət sahəsinin kifayət qədər inkişaf etməsinə mane olduğunu söyləyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu