Məşhur pivə zavodunun yarım milyon borcu var

13.11.2025

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bakı-Praqa" şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu hazırda 582 859,38 manat təşkil edir. 

"Bakı-Praqa” MMC 6 mart 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Naibov Camam Böyük oğludur. 

"Bakı-Praqa” MMC pivə istehsalı və satışı ilə məşğuldur. Şirkətin pivələri "Starpraqa” brendi ilə satılır. 

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью