Məşhur platforma fəaliyyətini dayandırır

01.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Skype” fəaliyyətini dayandırır

Globalinfo.az xəbər verir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb.

Bildirilir ki, 5 may tarixində “Skype” platformasının fəaliyyəti rəsmi olaraq dayandırılacaq. Şirkət daha əvvəl bu dəyişikliyi may ayında həyata keçirəcəyini elan etmişdi. İstifadəçi hesabları avtomatik olaraq “Microsoft Teams” xidmətinə köçürüləcək.

“Skype-dan 5 may tarixinədək istifadə etməyə davam edə bilərsiniz”, – deyə “Microsoft”un texniki dəstək bölməsinin saytında qeyd olunub.

Qeyd edək ki, “Skype” platforması 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən satın alınıb.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью