Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin Los-Anceles şəhərində "Meta", TikTok və yutub platformalarına qarşı məhkəmə çəkişmələri start götürür.
Axşam.az xəbər verir ki, 350 ailə və 250 məktəb bu şirkətləri uşaqlar və yeniyetmələr arasında asılılıq yaradan məhsullar hazırlamaqda ittiham edir.
İddiaçıların fikrincə, sosial platformaların dizaynı depressiya və qida pozuntularının yaranmasına səbəb olur. Onlar maddi kompensasiya tələb edir, eyni zamanda platformaların dizaynının dəyişdirilməsini — sonsuz lentin və avtomatik video oynatmanın ləğvini, eləcə də sənaye üzrə təhlükəsizlik standartlarının tətbiqini istəyirlər.
Məhkəmə prosesində şirkətlərin daxili sənədlərinin açıqlanacağı gözlənilir. Həmin sənədlərdə əməkdaşların öz məhsullarını “narkotik” adlandırdıqları və fəaliyyətlərini narkotik satıcılarının işi ilə müqayisə etdikləri iddia olunur.
Vəkillər bu prosesi vaxtilə tütün sənayesinə qarşı aparılan hüquqi mübarizə ilə müqayisə edir və sosial media şirkətlərinin alqoritmlərinin zərərli təsirlərindən xəbərdar olduqlarını, lakin bunu gizlətdiklərini sübut etməyi planlaşdırırlar.