futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Football Meets Data” portalı Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra komandaların şanslarını yeniləyib.
Futbolpress.az xəbər verir ki, İslandiya təmsilçisi “Vestri”yə ilk matçda 3:0 hesabıyla qalib gələn “Qarabağ”ın növbəti mərhələyə yüksəlmək ehtimalı 100 faiz göstərilib. Portal “atlılar”ı II təsnifata adlamağa ən real namizəd kimi qeyd edib.
“Qarabağ” ilə “Vestri” arasındakı cavab oyunu iyulun 16-da İslandiyada baş tutacaq.