Məşhur prodüserin adı “Teşkilat”dan çıxarıldı

26.01.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məşhur türkiyəli prodüser Timur Savcı və şəriki olduğu “Tims&B” şirkətinin adı TRT 1-də yayımlanan “Teşkilat” serialının titrlərindən çıxarılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, buna prodüserin qadağan olunmuş maddə testinin müsbət çıxması səbəb olub.

Qeyd edək ki, sözügedən addım TRT tərəfindən atılsa da, “Kanal D”də yayımlanan və eyni prodüser mərkəzinə məxsus olan “Eşref Rüya” serialında hələlik hər hansı bir dəyişiklik qeydə alınmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью