Məşhur professor 50 kq arıqladı

31.05.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyəli məşhur professor Celal Şengör qatıldığı bir proqramda arıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, arıqlaması ilə bağlı yaxın dostu Fatih Altaylının verilişində danışıb.

Daha əvvəl arıqlama iynələri istifadə etdiyini açıqlayan Celal Şengör ümumilikdə 50 kilo çəki itirdiyini bildirib.

Altaylı Şengörün görünüşü ilə bağlı yumoristik açıqlamalar verib:

“Budur sevdiyiniz keçmiş kilolu, indi arıqlayan Celal Şengör. Bilirsiniz ki, karizmanızın 50 faizini itirmisiniz, elə deyilmi? Bu dərmanlar uzun müddət istifadə edilməməlidir. Bəli, piylənmə ilə bağlı riskləri aradan qaldırsalar da, özləri də bəzi riskləri daşıyırlar. Bunlar zamanla daha aydın olur. Gəlin bunları yavaş-yavaş azaldaq və pəhrizimizə nəzarət edərək arıq qalmağa çalışaq”.

Celal Şengör isə istifadə etdiyi arıqlama iynələrini tədricən dayandırmağa başladığını qeyd edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью