Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin İstanbul şəhərində italiyalı professor Ruggero Dangerio yaşadığı evdə ölü tapılıb.
NOCOMMENT.az DHA-ya istinadən xəbər verir ki, 55 yaşlı Dangeriodan gün ərzində xəbər ala bilməyən tanışları onun evinə gələrək professoru yataqda hərəkətsiz vəziyyətdə aşkar ediblər və dərhal təcili yardıma məlumat veriblər.
Hadisə yerinə gələn tibb əməkdaşları Ruggero Dangerionun həyatını itirdiyini müəyyən ediblər. İlkin baxış zamanı onun bədənində heç bir döyülmə, kəsici və ya deşici alət izinə rast gəlinməyib.
Professorun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün araşdırma aparılır. Baş Prokurorluq faktla bağlı “şübhəli ölüm” işi açıb.