Məşhur professor TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsini dəstəklədi

19.10.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bunu Ölkə.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, problemlərin əsl həlli bundan sonra başlayır. A.Qeybulla vurğulayıb ki, vahid rəhbərlik və vahid məsuliyyət olmalı, səhiyyə sahəsində indiyə qədər tənqid olunan və həllini gözləyən məsələlər qaydaya salınmalıdır: 

“Çünki əvvəllər bu qurumlar problemlərə görə məsuliyyəti bir-birinin üzərinə atırdılar. Bir məsələ ortaya çıxanda Səhiyyə Nazirliyi bunun TƏBİB-in məsuliyyətində olduğunu, TƏBİB isə Səhiyyə Nazirliyinin cavabdeh olduğunu deyirdi. Əgər əvvəlki idarəetmə modelinə qayıdırıqsa və bütün proseslərə bir icra orqanı rəhbərlik edəcəksə, həmin qurumun üzərinə daha böyük məsuliyyət düşəcək”.

Professorun fikrincə, Səhiyyə Nazirliyi ilk növbədə icbari tibbi sığorta sahəsindəki problemləri aradan qaldırmalıdır: “Xəstəxanalar arasındakı münasibətlər və tibbi əlaqələr qaydaya salınmalı, vahid sistem yaradılmalı, klinik protokollar tətbiq olunmalıdır. Əczaçılıq sistemində dərman çatışmazlığı ilə bağlı problemlər də həllini tapmalıdır.

Bununla yanaşı, həkimlərin ölkədə qalaraq işləməsi üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Görüləsi işlər çoxdur və bunlar asan məsələlər deyil. Ona görə də düşünürəm ki, bu gün Səhiyyə Nazirliyinin qarşısında daha ciddi vəzifələr dayanır”.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью