Məşhur proqramlar çökdü: “Canva”, “Snapchat”, “Zoom” | Icma.az
Icma.az, Modern.az portalına istinadən məlumat verir. Dünyanın məşhur onlayn xidmətlərində problem yaranıb.
Modern.az-ın məlumatına görə, “Canva”, “Snapchat”, “Zoom”, “Duolingo” daxil olmaqla onlarla internet platformasında genişmiqyaslı texniki nasazlıq müşahidə edilib.
Xidmətlərə çıxışda yaranan çətinliklər “Amazon Web Services” (AWS) bulud platformasında baş verən nasazlıqla əlaqəlidir.
İnternet kəsintilərini izləyən “Downdetector” platformasının sahibi “Oakla” bildirib ki, bu səhərdən etibarən 4 milyondan çox kəsinti barədə bildiriş daxil olub.
Normalda bu göstərici gündə orta hesabla 1,8 milyon olur. Təkcə Böyük Britaniyada nasazlığın ilk iki saatında 400 mindən çox şikayət qeydə a
Зroblem yalnız sosial şəbəkələri və tədris platformalarını deyil, bəzi bank tətbiqlərini də əhatə edib.
"Amazon" şirkəti açıqlamasında problemin US-EAST-1 (ABŞ-ın Şərq regionu) server mərkəzində baş verdiyini təsdiqləyib.
Şirkət nasazlığın "DynamoDB API" sistemində DNS (Domain Name System) ilə bağlı texniki səhvdən qaynaqlandığını bildirib.
Tam oxu
Xəbəri oxu