Məşhur qalada 300 ildir heç kimin daxil ola bilmədiyi otaq aşkarlandı | Icma.az
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukraynanın qərbində yerləşən tarixi Qaliç qalasında üç əsrdir bağlı qalan gizli bir otağın mövcudluğu 2023-cü ildə aşkar edilən havalandırma şaxtası ilə üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, arxeoloqlar bu otağın funksiyasını və yeraltı keçidlərlə mümkün əlaqəsini araşdırırlar.
Ukraynanın qərbində, Qaliç şəhərində yerləşən tarixi eyni adlı qala (digər adı ilə Starasta qalası) altında təxminən 300 ildir möhürlənmiş vəziyyətdə qalmış sirli bir otaq gün işığına çıxarılıb.
Tozlu, qaranlıq və onillərlə əlçatmaz olan bu otaq, qalanın tarixinə yeni bir mərhələ əlavə edir. Qalanın tarixi XII əsrə qədər gedib çıxır.
Dnestr çayına baxan qayalı bir yüksəklikdə əvvəlcə taxta istehkam kimi inşa edilən bu tikili, XIV əsrdə Polşa kralı III Kazimirin dövründə daşla yenidən tikilmiş, XVII əsrin əvvəllərində isə memarlıq baxımından yenidən formalaşdırılmışdı.
Lakin 1676-cı ildə baş verən Türk-Polşa müharibəsi zamanı top atəşləri qalanın müdafiə divarlarını və bəzi qüllələrini dağıdıb.
300 illik izolyasiya: Mühürlənmiş otağın hekayəsi Həmin döyüşlər zamanı dağılmış divarın altında qaldığı ehtimal edilən otaq, Qədim Qaliç Milli Qoruğunun baş direktoru Vladimir Oleynikin sözlərinə görə, təxminən 150 kubmetr torpaq və qırıntı altında qalararaq xarici dünyadan tamamilə təcrid olunmuşdu.
Tam oxu
Xəbəri oxu